İlham Əliyev: Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik

İlham Əliyev: Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik

“Xəbər Yerində” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında keçirilən IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Prezident qeyd edib ki, taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək.

İlham Əliyev vurğulayıb ki, itkin düşmüş heç bir vətəndaş unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir.

“Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir”, – deyə müraciətdə qeyd olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir