Azərbaycanda faktiki hava: Əksər rayonlara yağış yağıb

Azərbaycanda faktiki hava: Əksər rayonlara yağış yağıb

“Xəbər Yerində” xəbər verir ki, oktyabrın 7-si saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Ən çox yağıntı Astarada qeydə alınıb

Bakıda və Abşeron yarımadasında 9 millimetr yağıntı qeydə alınıb. Bu göstərici aylıq yağıntı normasının 32 faizini təşkil edir.

Bundan başqa, Astarada 14 millimetr, Yardımlı və Şirvanda 12 millimetr, Lənkəran və Neftçalada 10 millimetr, Lerikdə isə 9 millimetr yağıntı düşüb.

Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə 1-7 millimetr yağıntı qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir