Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və eyni ictimai birliyin əməkdaşı Samir Məmmədov həbs ediliblər.
Sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqlənib.
E.Mahmudzadə və S.Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə ittihamı irəli sürülüb.
Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Mahmudzadə 3 il əvvəl də külli miqdarda dələduzluq ittihamı ilə həbsdə olub.

