Məktəblərdə vahid geyim forması ilə bağlı monitorinqlərə başlanılır

Məktəblərdə vahid geyim forması ilə bağlı monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydalarına əməl etməsi ilə bağlı monitorinqlər keçiriləcək.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin icra vəziyyəti yoxlanılacaq.

Eyni zamanda, təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına riayət edib-etmədiyi də monitorinq olunacaq.

Geyim qaydalarına kim nəzarət edir?

Qeyd olunub ki, təhsil müəssisələrində vahid geyim forması ilə bağlı qaydaların icrasına nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Geyim forması ilə bağlı məsələlər isə Pedaqoji Şuralarda müzakirə edilərək həll olunur.

Bununla yanaşı, şagirdlərin müəyyən edilmiş məktəbli formasında dərsə davamiyyətinin təmin edilməsi valideynlərin birbaşa məsuliyyəti hesab olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vurğulayıb ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitinin formalaşdırılmasıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir