Masazır-Novxanı yolunda ağır qəza: iki gənc öldü – VİDEO

Masazır-Novxanı yolunda ağır qəza: iki gənc öldü – VİDEO

Masazır-Novxanı avtomobil yolunda motosikletlə minik avtomobilinin toqquşması iki nəfərin ölümü ilə nəticələnib.

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindən keçən Masazır-Novxanı yolunda baş verib.

“KIA” motosikletlə toqquşub

Məlumata görə, Araz Yusif oğlu Mürsəllinin idarə etdiyi “KIA Rio” markalı minik avtomobili motosikletlə toqquşub.

Toqquşma nəticəsində motosikletdə olan iki nəfər həyatını itirib.

Ölənlərin kimliyi məlum oldu

Qəza zamanı həlak olan şəxslərin 2005-ci il təvəllüdlü Allahverən Rasim oğlu Məlikov və 2007-ci il təvəllüdlü Fərid Zamin oğlu Yusifzadə olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb və hadisənin səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir