Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində 16 mərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.
Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri, həmçinin zirzəmi hissəsində yerləşən elektrik lövhəsi yanıb.



