Məktəbin qarşısında baş verən münaqişə zamanı dövlət əmlakına ziyan vurulub.
Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, görüntülərdə bir neçə şəxsin yaranmış gərginlik fonunda təhsil müəssisəsinin darvazasına qəsdən güc tətbiq etdiyi və nəticədə darvazanın zədələndiyi görünür.
Hadisənin zamanı dövlət əmlakına nə qədər maddi ziyan dəydiyi və görüntülərdəki şəxslərin kimliyi hələlik məlum deyil.
Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılması və hadisənin təfərrüatları barədə rəsmi məlumat verilməsi gözlənilir.

