Qaradağ rayonunda orta məktəb direktorlarından birinə məxsus avtomobil yandırılıb.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, hadisə zamanı avtomobilin yaxınlığında uşaqlar da olub. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və avtomobilin kim tərəfindən yandırıldığı ilə bağlı araşdırma aparılır.
Süjetdə bildirilib ki, hadisə məktəblərdə geyim qaydaları ilə bağlı son günlər baş verən gərginliklər fonunda diqqət çəkir. Çıxışda belə halların qarşısının alınması və təxribat xarakterli hərəkətlərə qarşı ciddi tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

