Oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar təşkil olunub.
Xəbər Yerində xəbər verir ki, nahardan sonra hər iki ölkənin dövlət başçıları, eləcə də Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummilli Lider Heydər Əliyevin 1986-cı ildə Laosa səfəri zamanı çəkilmiş fotolarla tanış olublar.
Fotolar Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Laos Xalq Demokratik Respublikası Nazirlər Sovetinin o vaxtkı sədri Keyson Fomfihanla görüşü zamanı çəkilib.
Qeyd edək ki, Keyson Fomfihan Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihanın atasıdır.








