Laos Azərbaycan investorlarının ölkəyə daha çox sərmayə yatıracağına ümid edir.
Xəbər Yerində xəbər verir ki, bunu Laos Prezidenti Thonqlun Sisulit Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatı zamanı bildirib.
Laos lideri iki ölkə arasında ticarət əlaqələrinin genişlənəcəyini, turist səfərlərinin artacağını və mədəniyyət sahəsində mübadilələrin həyata keçiriləcəyini gözlədiyini vurğulayıb.

