Bakıda avtomobil atla toqquşdu – Maşına ciddi ziyan dəydi
Bakının Yasamal rayonunda minik avtomobili atla toqquşub.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Yasamal yaşayış massivində, Mirzəyev və Əsəd Əhmədov küçələrinin kəsişməsində baş verib.
Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin toqquşma minik avtomobilinə ciddi ziyan vurub.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

