Göygöl Milli Parkında hasarlama işləri aparılır – Nazirlikdən açıqlama

Göygöl Milli Parkında hasarlama işləri aparılır – Nazirlikdən açıqlama

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Göygöl Milli Parkının ərazisinin hasarlanması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Paylaşımlarda hasarlama işlərinin aparılması üçün “Fige” MMC ilə müqavilə bağlandığı bildirilib. Müqavilənin ümumi dəyərinin 24 min 42 manat olduğu qeyd edilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlanıb.

Nazirlikdən bildirilib ki, Göygöl Milli Parkının yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işləri həyata keçirilir.

Qurumun açıqlamasına görə, bu işlərin əsas məqsədi xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyi və təbii ekosistemləri qorumaq, antropogen təsirlərin, eləcə də mal-qaranın həmin ərazilərə daxil olmasının qarşısını almaqdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir