Mətbuat Şurasından jurnalistlərlə bağlı XƏBƏRDARLIQ

Mətbuat Şurasından jurnalistlərlə bağlı XƏBƏRDARLIQ

Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır. Mətbuat Şurası bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Xəbər Yerində xəbər verir ki, Mətbuat Şurasından verilən məlumata görə, son günlər tanınmış jurnalistlərin adından saxta “WhatsApp” hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi ilə bağlı məlumatlar daxil olur.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının açıqlamalarına əsasən, bu cür əməllər Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir.

Mətbuat Şurasının məlumatında qeyd olunub ki, həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə edərək dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, jurnalistləri, eləcə də digər vətəndaşları hədəfə alırlar.

Çoxsaylı maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də bu cür dələduzluq əməllərinin qurbanına çevrilirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir