DYP-dən sürücülərə çağırış: Avtomobillərinizi yoxlayın! – VİDEO

DYP-dən sürücülərə çağırış: Avtomobillərinizi yoxlayın! – VİDEO

Azərbaycanda “Təmiz hava” aylığı başladı – Sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi atmosferə atılan zərərli tullantıların azaldılması məqsədilə aidiyyəti qurumlarla birgə növbəti “Təmiz hava” aylığına start verib.

Xəbər Yerində xəbər verir ki, tədbirin əsas məqsədi atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobillərin istismarının qarşısını almaqla yanaşı, sürücülər arasında maarifləndirmə işləri aparmaqdır.

Aylıq çərçivəsində sürücülərlə, həmçinin sərnişin və yük daşımaları ilə məşğul olan fiziki və hüquqi şəxslərlə söhbətlər aparılacaq. Onlara texniki cəhətdən nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, eləcə də insanların həyat və sağlamlığına vurduğu zərər izah ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsi sağlam ətraf mühitdə yaşamaq hüququnun qorunması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.

İdarə istifadədə olan avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratdığı sürücülərin diqqətinə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir