Azərbaycanda məktəblərdə “TikTok” sosial şəbəkəsinə çıxış məhdudlaşdırılıb.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda açıqlayıb.
Nazir müavininin sözlərinə görə, məktəblərdə cinayət, narkotik, zorakılıq və digər zərərli məzmunları əks etdirən 200-dən çox görüntüyə də məhdudiyyət tətbiq edilib.
Firudin Qurbanov qeyd edib ki, uşaqların bu cür məzmunlardan qorunması yalnız məktəblə məhdudlaşmamalıdır. Onun fikrincə, valideynlər də ailədə uşaqların zərərli məzmunlardan və bu tip platformalardan uzaq durmasına nəzarət etməlidirlər.

