Ermənistan ərazisində tapılan azərbaycanlı ilə bağlı tədbirlər görülür

Ermənistan ərazisində tapılan azərbaycanlı ilə bağlı tədbirlər görülür

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının dövlət sərhədini keçərək ölkə ərazisinə daxil olması barədə məlumatı təsdiqləyib.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, Ermənistan tərəfinin açıqlamasına əsasən, hadisə oktyabrın 19-da qeydə alınıb.

Qurumun məlumatında bildirilib ki, saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkarlanıb.

Aparılan araşdırmalar zamanı onun yolu azaraq Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən qeyd olunub ki, hazırda Azərbaycan vətəndaşının öz evinə qaytarılması üçün müvafiq tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir