Azərbaycanda bəzi məhsulların ixrac rüsumu 20 dəfə artırılır

Azərbaycanda bəzi məhsulların ixrac rüsumu 20 dəfə artırılır

Sabahdan Azərbaycanda xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər qüvvəyə minəcək.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, yeni qərara əsasən, bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 20 dəfə artırılacaq.

Belə ki, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramı üçün gömrük rüsumu 15 ABŞ dollarından 300 ABŞ dollarına yüksəldilib.

Yeni tarif 2029-cu ilin sonunadək qüvvədə olacaq.

Qeyd edək ki, müvafiq qərar sentyabrın 22-də imzalanıb və dəyişikliklər sabahdan tətbiq edilməyə başlanacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir