Fərid Məmmədov Meray Kerinin məşhur mahnısını canlı ifa etdi – VİDEO
Uzun illərdir ABŞ-də yaşayan və kuryer kimi çalışan müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib.
Xəbər Yerində BAKU.WS-a istinadən xəbər verir ki, sənətçi dünya şöhrətli müğənni Meray Kerinin “My All” mahnısını ifa edib.
Fərid Məmmədov mahnını canlı səsləndirib və ifasının görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Fərid Məmmədov “Avroviziya”da ikinci olmuşdu
Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən 58-ci “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı “Hold Me” mahnısı ilə təmsil edib. O, yarışmada 234 xal toplayaraq ikinci yeri tutub.
Müğənninin yeni ifasını əks etdirən görüntüləri təqdim edirik.

