Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, aktrisanın arterial təzyiqi yüksəlib.
Naibə Allahverdiyevanın xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlum deyil.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Əlavə məlumat veriləcəyi təqdirdə ictimaiyyətə açıqlanacaq.

