Azərbaycanda problemli kreditlər 754 milyon manatı keçdi

Azərbaycanda problemli kreditlər 754 milyon manatı keçdi

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 4,5% artıb.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8%, son bir ildə isə 42,8% yüksəlib.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1% təşkil edib. Avqustun sonunda da bu göstərici eyni səviyyədə olub.

Müqayisə üçün qeyd edək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən ilin sonunda 1,6%, 2025-ci ilin sentyabr ayının sonunda isə 1,7% təşkil edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir