Sığorta bazarında ən çox ödəniş edən şirkətlər – SİYAHI

Sığorta bazarında ən çox ödəniş edən şirkətlər – SİYAHI

Azərbaycanda sığorta şirkətləri 882,7 milyon manat ödəyib

Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ödəniş göstəriciləri açıqlanıb.

Xəbər Yerində Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında sığorta bazarı üzrə ödənişlərin ümumi həcmi 882,723 milyon manat təşkil edib.

Ödənişlərin həcminə görə şirkətlər arasında PAŞA Həyat Sığorta 548,526 milyon manatla ilk sırada qərarlaşıb. İkinci yerdə 130,899 milyon manat ödənişlə PAŞA Sığorta, üçüncü yerdə isə 87,753 milyon manatla Atəşgah Həyat yer alıb.

Ödənişlərin həcminə görə sığorta şirkətlərinin renkinqi:

  1. PAŞA Həyat Sığorta – 548,526 milyon manat
  2. PAŞA Sığorta – 130,899 milyon manat
  3. Atəşgah Həyat – 87,753 milyon manat
  4. Atəşgah Sığorta – 31,995 milyon manat
  5. Qala Sığorta – 17,999 milyon manat
  6. Azərbaycan Sənaye Sığorta – 14,044 milyon manat
  7. Meqa Sığorta – 12,514 milyon manat
  8. A-Qroup – 9,714 milyon manat
  9. Xalq Sığorta – 7,835 milyon manat
  10. Meqa Həyat Sığorta – 7,058 milyon manat
  11. Qala Həyat – 3,811 milyon manat
  12. Xalq Həyat – 3,563 milyon manat
  13. Aqrar Sığorta – 1,894 milyon manat
  14. AzSığorta – 1,451 milyon manat
  15. İpək Yolu Sığorta – 0,402 milyon manat

Beləliklə, təqdim olunan göstəricilərə əsasən, sığorta bazarında ən böyük ödəniş həcmi PAŞA Həyat Sığortanın payına düşüb. Şirkətin ödənişləri ümumi bazar göstəricisinin yarıdan çoxunu təşkil edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir