Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun mövcud xəstəlikləri, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Hökmə əsasən, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimatın göndərilməsi də qərara alınıb.
Bundan başqa, məhkəmə qərarı ilə Ramiz Mehdiyevə məxsus əmlaklar barəsində dövlətin nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.

