Xırdalanda avtomobil “lyuk”a düşdü

Xırdalanda avtomobil “lyuk”a düşdü

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində minik avtomobili kanalizasiya quyusuna düşüb.

Hadisə Heydər Əliyev prospektində, “Rahat Market”in qarşısında qeydə alınıb.

Kanalizasiya quyusunun dəmir barmaqlığı olmadığı üçün avtomobilin ön təkəri quyuya düşüb. Sürücü nə qədər cəhd etsə də, avtomobili çıxara bilməyib və kömək çağırmağa məcbur olub.

Hadisə şahidlərinin sözlərinə görə, dünən də həmin kanalizasiya quyusuna başqa bir avtomobil və moped düşüb.

Qeyd edək ki, paytaxtda və ətraf ərazilərdə kanalizasiya quyularının, eləcə də digər kommunikasiya xətlərinə aid lyukların qapaq və barmaqlıqlarının oğurlanması halları ilə tez-tez rastlaşılır. Bildirilir ki, bu cür avadanlıqlar əsasən metal toplayan şəxslər tərəfindən oğurlanır. Açıq qalan quyular isə sürücülər və piyadalar üçün təhlükə yaradır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir