Xəbər Yerində RekordTV-yə istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib.
Hadisənin səbəbləri və təfərrüatları hələlik məlum deyil.
Şagirdin sinif yoldaşlarının sözlərinə görə, o, sakit təbiətli olub, dərslərini vaxtında yerinə yetirib və sinifdə əsasən sakit davranışı ilə seçilib. Onlar qızın digər şagirdlərlə ciddi problemi olduğunu bilmədiklərini bildiriblər.
Şagirdin ailə vəziyyəti ilə bağlı da bəzi məlumatlar səsləndirilib. Bildirilib ki, onun anası vəfat edib, özü isə xalası ilə yaşayıb. Lakin hadisənin ailə vəziyyəti və ya hər hansı psixoloji problemlə əlaqəli olub-olmadığı barədə rəsmi məlumat yoxdur.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırmanın nəticəsində dəqiqləşəcək.

