Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə təbrik paylaşımı edib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Mehriban Əliyeva sosial media hesablarında paylaşım edərək Türkiyə xalqını bayram münasibətilə təbrik edib.
Paylaşımda deyilir:
“Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!”


