Jurnalistlərə hücum edənlərdən birinin boksçu olduğu məlum olub

Jurnalistlərə hücum edənlərdən birinin boksçu olduğu məlum olub

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin çəkiliş qrupuna hücum edən şəxslərdən birinin peşəkar boksla məşğul olduğu bildirilir.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, “Trend”in məlumatına görə, hadisədə iştirak etdiyi deyilən şəxslərdən biri H.Tağılı Azərbaycan Boks Federasiyasının tədbirlərində iştirak edib. Onun uşaq futbol klublarından birində də oynadığı bildirilir.

Məlumata görə, insidentdən bir neçə saat sonra H.Tağılı sosial şəbəkədə hadisə ilə bağlı paylaşımın altına şərh yazıb. O, görüntüləri müzakirə edən istifadəçilərə “Instagram” profilindən “Heç kim bilib-bilmədən fikir bildirməsin” deyə müraciət edib.

Qeyd edək ki, 225 saylı məktəbdə jurnalistlərə hücum oktyabrın 28-də 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması hadisəsini işıqlandırmaq üçün əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.

Məlumata əsasən, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı “Real TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “Space” telekanalının əməkdaşının da döyüldüyü bildirilir.

Hadisə ilə bağlı polis tərəfindən saxlanılanların olduğu qeyd edilib. Faktla bağlı araşdırma davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir