Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki rayonunun Oxud kənd bələdiyyəsinin sədri Tərlan Səlimova xəsarət yetirilib.

Hadisə dünən axşam saatlarında kənddə toyqabağı keçirilən “Ciyər axşamı” məclisində baş verib.

Məlumata görə, Şəki Rayon İcra Hakimiyyəti başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədovla bələdiyyə sədri Tərlan Səlimov arasında mübahisə yaranıb.

Bildirilir ki, sərxoş vəziyyətdə olan icra nümayəndəsi yüksək səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə onun hərəkətlərinə irad bildirib.

Buna əsəbiləşən Oruc Əhmədov stolun üzərindəki şüşə butulkanı götürərək Tərlan Səlimovun başına vurub.

Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və başına tikiş qoyulub.

Məlumata görə, Oruc Əhmədovun qaynı Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışır.

Faktla bağlı Şəki Rayon Polis İdarəsində araşdırma başlanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir