Bakıda daha bir dünya çempionatı keçiriləcək

Bakıda daha bir dünya çempionatı keçiriləcək

Bakıda noyabrın 2-dən 8-dək yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatı təşkil olunacaq.

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 20-dən artıq ölkədən 400-dən çox iştirakçının iştirakı gözlənilir.

Azərbaycan İdman Akademiyasının stadionunda baş tutacaq çempionat yanğın və xilasetmə idmanının inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 8-dək davam edəcək yarışlarda idmançılar dörd növ üzrə mübarizə aparacaqlar. Bunlara hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı daxildir.

İştirakçılar sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda yarışacaqlar.

Çempionat çərçivəsində bir sıra ölkələrin müvafiq qurumlarının və beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin Azərbaycana səfərləri də nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir