Media Şurasından jurnalistlərə hücumlarla bağlı BƏYANAT

Media Şurasından jurnalistlərə hücumlarla bağlı BƏYANAT

Son günlər hadisə yerlərində çəkiliş aparan jurnalistlərin hücuma məruz qalması, fiziki zorakılığa uğraması və peşə fəaliyyətlərinə maneələr yaradılması ciddi narahatlıq doğurur.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.

Bəyanatda vurğulanıb ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.

Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə pisləyib.

Şura baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edərək hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa, onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir