Florida ştatında təyyarə yaşayış kompleksinə düşdü: 9 nəfər öldü

Florida ştatında təyyarə yaşayış kompleksinə düşdü: 9 nəfər öldü

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında qəzaya uğrayan “Learjet 60” tipli özəl təyyarədə olan 9 nəfərin hamısı həlak olub.

Bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi məlumat verib.

Qeyd edək ki, hadisə noyabrın 1-də, yerli vaxtla saat 13:00 radələrində Palm-Biç dairəsinin Qrinakres şəhərində baş verib. Təyyarə səyyar evlərin yerləşdiyi yaşayış kompleksinin ərazisinə düşərək yaşayış evlərindən birinə çırpılıb. Nəticədə güclü yanğın başlayıb.

İlkin məlumatlarda hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilsə də, sonradan təyyarədə olan 9 nəfərin hamısının həyatını itirdiyi açıqlanıb.

Qəzanın səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir