Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın dövlət sərhədində qanunsuz uçuş həyata keçirən pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində İrandan Azərbaycana ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Keçirilən kompleks əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində Azərbaycanın hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisindən 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

