Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Brüsselə yola düşüb.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan özünün “Facebook” səhifəsində məlumat verib.
Bildirilib ki, Paşinyan “Euronews” tərəfindən təşkil olunan və “Avropanın gələcəyi” mövzusuna həsr edilən “Aİ Genişlənmə Zirvəsi 2026”da iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan hökumət başçısının xarici tərəfdaşlarla bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

