Sürücülər, bunları yoxlamadan yola çıxmayın – BDYPİ-dən xəbərdarlıq

Sürücülər, bunları yoxlamadan yola çıxmayın – BDYPİ-dən xəbərdarlıq

Qış mövsümünün yaxınlaşması ilə əlaqədar sürücülərə avtomobillərini mövsümün tələblərinə uyğun hazırlamaq tövsiyə olunur. Xüsusilə qarlı, buzlu və sürüşkən yollarda təhlükəsiz hərəkət üçün nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirilməsi vacibdir.

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə ünvanladığı xəbərdarlıqda bildirilib.

İdarə qeyd edib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün avtomobil sahibləri və sürücülər payız-qış mövsümünə əvvəlcədən hazırlaşmalıdırlar.

Şinlərin vəziyyəti xüsusi diqqətdə saxlanılmalıdır

BDYPİ-nin xəbərdarlığına əsasən, ilk növbədə avtomobillərin şinləri yoxlanılmalıdır. Şinlərin protektor naxışlarının qalıq hündürlüyü aşağıdakı göstəricilərdən az olmamalıdır:

  • Minik avtomobillərində – 1,6 millimetr;
  • Yük avtomobillərində – 1 millimetr;
  • Avtobuslarda – 2 millimetr;
  • Motosiklet və mopedlərdə – 0,8 millimetr.

Sürücülərə digər tövsiyələr

Bununla yanaşı, avtomobilin şüşəsilənləri, şüşəyuyan sistemi və xarici işıq cihazlarının daim işlək vəziyyətdə olması təmin edilməlidir.

Mühərrikin soyutma sistemi və şüşəyuyan qurğu donmayan mayelərlə təchiz olunmalıdır. Həmçinin sürücülərə avtomobildə zəncir və dartı kəndiri saxlamaq tövsiyə edilir.

Salonun lazımi səviyyədə qızdırılması üçün istilik sisteminə, xüsusilə də filtrlərə vaxtında texniki baxış keçirilməsi vacibdir.

BDYPİ sürücüləri mövsümün çətin hava şəraitini nəzərə almağa, avtomobillərinin texniki hazırlığını əvvəlcədən təmin etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir