Bakıda 1 saatda 1000 piyadanın keçdiyi yola svetofor qoyuldu – VİDEO

Bakıda 1 saatda 1000 piyadanın keçdiyi yola svetofor qoyuldu – VİDEO

Bakıda piyadaların intensiv istifadə etdiyi keçidlərdən birində svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ( NİİM) məlumat yayıb.

Xəbər Yerində xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində aparılan təhlillər zamanı bir saat ərzində keçiddən 1000-ə yaxın piyadanın istifadə etdiyi müəyyən edilib.

Müşahidələr nəticəsində bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən ərazidə qəza şəraitinin yarandığı da aşkarlanıb.

Bununla əlaqədar həmin piyada keçidində piyada bölməsi olan nəqliyyat svetoforları quraşdırılaraq istifadəyə verilib.

Bundan əlavə, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən piyada keçidinin də svetoforlarla nizamlanması istiqamətində işlər görülüb.

Qeyd edək ki, bu cür tədbirlərdən əvvəl mütəxəssislər ərazidə yerində müşahidələr aparır, həmçinin simulyasiya proqramları vasitəsilə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyini təhlil edirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir