3 yaşınadək uşağı olan analara verilən müavinət 100 manat olacaq

3 yaşınadək uşağı olan analara verilən müavinət 100 manat olacaq

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin məbləğinin artırılması təklif olunur.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən aylıq müavinətin 37 manat 58 qəpikdən 100 manata çatdırılması nəzərdə tutulur.

Beləliklə, müavinətin məbləği 62 manat 42 qəpik artırıla bilər.

Qeyd edək ki, bu, hələ büdcə layihəsində nəzərdə tutulan təklifdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir