AİHM Əli Kərimlinin Azərbaycana qarşı şikayətini rədd etdi

AİHM Əli Kərimlinin Azərbaycana qarşı şikayətini rədd etdi

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə proses yekunlaşıb.

Məlumata görə, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməkdə şübhəli bilinən Əli Kərimli istintaq müddətində hüquqlarının pozulduğunu iddia edərək AİHM-ə müraciət edib.

O, həmçinin saxlanıldığı istintaq təcridxanasında hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasına qarşı qərar qəbul edilməsini istəyib.

AİHM-dən qərar

Bildirilib ki, Avropa Məhkəməsi ötən müddət ərzində ərizəçinin və müdafiəçilərinin təqdim etdiyi məlumatları, eləcə də işlə bağlı toplanmış digər materialları araşdırıb.

Araşdırmanın yekununda AİHM iddia tələblərini rədd edib. Həmçinin Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən, Azərbaycan Respublikasına qarşı tələb olunan müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi barədə qərar qəbul olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir