Dəfn pulu artırılır: Pensiyaçılar üçün 1200 manat nəzərdə tutulur

Dəfn pulu artırılır: Pensiyaçılar üçün 1200 manat nəzərdə tutulur

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanda dəfn üçün ödənilən müavinətin məbləğinin artırılması təklif olunur.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bir nəfər pensiyaçıya görə ödənilən dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata çatdırılması proqnozlaşdırılır.

Sığortaolunanlar üçün isə bir nəfərə düşən dəfn pulunun orta məbləğinin 590 manatdan 700 manata qaldırılması nəzərdə tutulur.

Beləliklə, təklifə əsasən, pensiyaçılar üzrə dəfn pulu 254 manat, sığortaolunanlar üzrə isə 110 manat artırıla bilər.

Qeyd edək ki, bu məbləğlər 2027-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulan göstəricilərdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir