Füzuli İmrəliyevə general-mayor rütbəsi verildi
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik Füzuli İmrəliyevin hərbi rütbəsi artırılıb. Ona general-mayor rütbəsi verilib.
Vətən müharibəsinin qəhrəman komandirlərindən biri
Qeyd edək ki, Füzuli İmrəliyev Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. O, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Daşaltı əməliyyatı zamanı yaralanıb.
Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

