SOCAR ABŞ-da 1,65 milyard dollarlıq müqavilə imzaladı

SOCAR ABŞ-da 1,65 milyard dollarlıq müqavilə imzaladı

Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 4-də SOCAR ilə “Comstock” şirkəti arasında ABŞ-da fəaliyyət göstərən bir sıra enerji aktivlərində iştirak paylarının alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, SOCAR “Legacy Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 20 faizini, “Western Haynesville” layihəsi üzrə isə 15 faizini əldə edəcək.

Bundan əlavə, “Pinnacle Gas Services LLC” şirkətində “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizi də SOCAR tərəfindən alınacaq. Bu iştirak payları əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan əldə edilir.

Sövdələşmənin dəyəri 1,65 milyard dollardır

Məlumata görə, standart alış qiyməti düzəlişləri nəzərə alınmaqla, sövdələşmənin ümumi dəyəri 1,65 milyard ABŞ dolları təşkil edir.

SOCAR-ın payı sonradan azalacaq

Müqavilənin şərtlərinə əsasən, SOCAR-ın “Western Haynesville” layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il sonra 7,5 faizə endiriləcək. Bu dəyişiklik SOCAR-ın həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etməsindən sonra tətbiq olunacaq.

Qeyd edək ki, əməliyyatın qüvvəyə minmə tarixi bu il iyulun 1-i müəyyən edilib. Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarının razılığının alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların tamamlanması tələb olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir