Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, Afyonkarahisar vilayətində baş verən silahlı hücumlar nəticəsində 8 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Hadisə vilayətin İhsaniyə rayonunda yerləşən Ayazini və Qıyır kəndlərində qeydə alınıb. İki ayrı ərazidə avtomobillərin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində 6 nəfər ölüb.
Hücumların davamını başqa kənddə törədib
İlkin araşdırmalar zamanı şübhəlinin hadisə yerindən qaçdıqdan sonra Yuxarı Tandır kəndində daha 3 nəfərə tüfənglə atəş açdığı müəyyən edilib.
Xəstəxanaya çatdırılan yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması üçün genişmiqyaslı əməliyyata başlayıb. Silahlı hücumları törətməkdə şübhəli bilinən şəxs Əskişəhərin Seyitgazi rayonunda tutulub.
Rəsmi məlumatda bildirilib ki, cinayətkar Afyonkarahisar vilayətinin sərhədləri daxilində jandarm komandanlığı və polis idarəsinin birgə fəaliyyəti nəticəsində sağ ələ keçirilib.
Həlak olanlar arasında iki müəllim var
Qurbanlardan ikisinin müəllim olduğu müəyyənləşib. İlkin araşdırmalara görə, onların əvvəldən bir-biri ilə heç bir tanışlığı və ya əlaqəsi olmayıb. Müəllimlər təsadüf nəticəsində eyni avtomobildə hərəkət ediblər.
Afyonkarahisar Valiliyi silahlı hücumlar nəticəsində 8 nəfərin öldüyünü, 1 nəfərin isə ağır yaralandığını təsdiqləyib.

