Braziliyanın Maranyan ştatının San-Luis şəhərində 26 yaşlı Renata Rebecca Negrão Saldanha dos Santos otelin 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.
Xəbər Yerində xarici mətbuata istinadən xəbər verir ki, hadisə noyabrın 3-də, çərşənbə axşamı səhər saatlarında baş verib.
Otelin təhlükəsizlik kameralarına düşən görüntülərdə qadının pəncərənin kənarında oturmağa çalışdığı, lakin pəncərənin köpük materialdan hazırlanmış konstruksiyasının yerindən çıxması nəticəsində tarazlığını itirərək aşağı düşdüyü görünür.
Hadisə zamanı sevgilisi də yanında olub
Bildirilir ki, Renata hadisə baş verən zaman sevgilisi ilə birlikdə otelin dəhlizində olub. Onun sevgilisinin sözlərinə görə, cütlük gecəni spirtli içki qəbul etməklə keçirib. Kişi hadisəni xatırlamadığını da bildirib.
Bununla belə, polis qadının sevgilisini şübhəli şəxs hesab etmir. Hüquq-mühafizə orqanları hadisəni bədbəxt hadisə kimi araşdırır. Ekspertlər isə yıxılmaya səbəb olan halları müəyyənləşdirmək üçün pəncərənin konstruksiyasını yoxlayırlar.
Qeyd edək ki, cütlük poker çempionatında iştirak etmək üçün Para ştatından San-Luis şəhərinə gəlibmiş.
Hadisənin baş verdiyi Rio Poty Hotel rəhbərliyi açıqlama yayaraq başsağlığı verib, Renatanın ailəsinə və yaxınlarına dəstəyini ifadə edib. Otel rəhbərliyi qonaqların, əməkdaşların və ziyarətçilərin təhlükəsizliyinin əsas prioritet olduğunu, təhlükəsizlik prosedurlarının davamlı təkmilləşdirildiyini bildirib.

