Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə noyabrın 7-də saat 11 radələrində qeydə alınıb. Arif Səlimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol kənarında olan 58 yaşlı İlqar Musayevi vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

