Xəbər Yerində Report-a istinadən xəbər verir ki, noyabrın 14-dən 15-dək Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında cüdo üzrə Bakı şəhər çempionatı təşkil olunacaq.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda 35 klub və idman cəmiyyətini təmsil edən 245 cüdoçu iştirak edəcək.
Onlardan 201-i oğlan, 44-ü isə qız idmançıdır. İştirakçılar 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.
Çempionatın əsas məqsədi kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

