Azərbaycan gimnastları dünya çempionatında tarix yazdılar – İLK DƏFƏ

Azərbaycan gimnastları dünya çempionatında tarix yazdılar – İLK DƏFƏ

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıblar.

Bacı-qardaş dueti batut gimnastikası üzrə qarışıq sinxron proqramın finalında 52.010 xal toplayaraq ikinci yeri tutub.

Azərbaycan gimnastikasında ilk nailiyyət

Bu nəticə ilə Selcan və Maqsud Mahsudov qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri kimi tarixə düşüblər.

Yarışda Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan idmançıları dünya çempionatında digər proqramlar üzrə də mübarizəni davam etdirirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir