Əli Əsədov Gürcüstana səfər etdi – Kobaxidze ilə görüşəcək

Əli Əsədov Gürcüstana səfər etdi – Kobaxidze ilə görüşəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana səfər edib.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Əsədov oktyabrın 29-da Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etmək üçün Gürcüstana gəlib.

Oktyabrın 30-da Siqnaxidə Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin həmsədrliyi ilə komissiyanın iclası keçiriləcək.

İclasda iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, logistika, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Görüşün sonunda yekun sənədin imzalanması planlaşdırılır.

Bundan əlavə, Azərbaycan və Gürcüstanın baş nazirləri arasında təkbətək görüş keçiriləcək.

Səfər çərçivəsində Əli Əsədov Tbilisidə bəzi sosial obyektlərin açılışında da iştirak edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir