Kəlbəcərdə mina partladı: Üç baş xırdabuynuzlu heyvan zərər gördü

Kəlbəcərdə mina partladı: Üç baş xırdabuynuzlu heyvan zərər gördü

Kəlbəcər rayonunun Laçınla sərhəd ərazisində mina partlayışı baş verib.

Xeberyerinde Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Laçınla həmsərhəd ərazisində qeydə alınıb.

Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. İlkin məlumata əsasən, üç baş xırdabuynuzlu heyvan zərər görüb.

Qeyd edək ki, sözügedən ərazidə buna bənzər mina partlayışları daha əvvəl də baş verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir