Son sutka ərzində kriptovalyuta bazarında əsasən artım istiqamətində hərəkətlilik qeydə alınıb.
APA-nın verdiyi məlumatına görə, bazarın ən böyük kriptovalyutası olan Bitcoin (BTC) son 24 saat ərzində 0,04% bahalaşaraq 64 118,92 ABŞ dollarına çatıb.
Əsas altkoinlər arasında Ethereum (ETH) 1,13% dəyər qazanaraq 1 797,05 ABŞ dollarına yüksəlib. BNB isə əksinə, 0,43% ucuzlaşaraq 575,04 ABŞ dollarına enib.
Digər aparıcı kriptovalyutalardan XRP 0,24%, Solana (SOL) 1,69%, TRON (TRX) isə 0,69% geriləyib. Bununla yanaşı, Dogecoin (DOGE) 0,35% bahalaşıb, Hyperliquid (HYPE) isə 2,32% dəyər itirib.
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,2 trilyon ABŞ dollarına yüksəlib. Bu göstərici son 24 saat ərzində 0,28% artım nümayiş etdirib.

