Azərbaycanlıların idarə etdiyi gəmi dron hücumuna məruz qaldı

Azərbaycanlıların idarə etdiyi gəmi dron hücumuna məruz qaldı

Azov dənizində azərbaycanlıların idarə etdiyi gəmiyə dron zərbəsi endirildi

İyulun 10-da Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində gəmilərə qarşı dronlarla həyata keçirdiyi hücumlar zamanı azərbaycanlıların idarə etdiyi gəmilərdən birinə də zərbə dəyib.

Xeberyerindenin Medianews.az-a istinadən verdiyi məlumata görə, dron hücumu nəticəsində “Turbo SM” gəmisinin ön hissəsi və üst konstruksiyası zədələnib, arxa lövbəri qopub.

“Turbo SM” quru yük gəmisidir və Komor adalarının bayrağı altında üzür. Hücum zamanı gəmi Azov limanında dayanıbmış.

Gəminin kapitanı, kapitan köməkçiləri və digər heyət üzvlərinin hamısı Azərbaycan vətəndaşlarıdır. Xoşbəxtlikdən hadisə nəticəsində “Turbo SM” gəmisində heç kim xəsarət almayıb.

Bildirilib ki, “Turbo SM” dron hücumuna məruz qalmamışdan əvvəl gəmidə olan azərbaycanlı heyət üzvləri ətrafdakı digər gəmilərə edilən hücumları videoya çəkirmiş.

Qeyd edək ki, iyunun 5-də Azov dənizində baş verən dron hücumları zamanı azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” adlı yük gəmiləri vurulmuşdu. Hadisə nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü, o cümlədən hər iki gəminin kapitanı həlak olmuş, bir neçə nəfər yaralanmışdı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir