Xeberyerinde TRTHaberə istinadən xəbər verir ki,Türkiyənin Eskişehir vilayətində baş verən silahlı insident nəticəsində bir jandarma əməkdaşı həyatını itirib.
Hadisə rayonun Narlı kəndində baş verib. İddiaya görə, ailəsi ilə mübahisə edən İbrahim G. ov tüfəngi ilə havaya atəş açmağa başlayıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarma əməkdaşları göndərilib.
İbrahim G. onunla danışmağa çalışan jandarma əməkdaşlarına və Narlı kəndinin muxtarı Mutlu Şahinə atəş açıb.
Atışma nəticəsində yaralanan Jandarma başçavuşu Mehmet Demirbaş Mihalıççık Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəlinin zərərsizləşdirildiyi hadisə zamanı kənd muxtarı Şahin və daha bir jandarma əməkdaşı da yaralanıb.
Evli və iki uşaq atası olan Mehmet Demirbaşın şəhid olması barədə xəbər Eskişehirin Odunpazarı rayonunda yaşayan ailəsinə çatdırılıb. Şəhidin yaşadığı evə Türkiyə bayrağı asılıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi sosial şəbəkə hesabında Jandarma başçavuşu Mehmet Demirbaş üçün başsağlığı mesajı yayıb.

