DÇ-2026: Yarımfinal cütləri müəyyənləşdi
Xəbər verdiyimiz kimi, 2026-cı il dünya çempionatında yarımfinal mərhələsində Fransa – İspaniya və İngiltərə – Argentina qarşılaşmaları baş tutacaq.
Fransa yığması turnirdə inamlı çıxışını davam etdirir. Kilian Mbappe 8 qolla bombardirlər siyahısında Lionel Messi ilə eyni göstəriciyə malikdir. İspaniya isə 36 oyundur məğlub olmur və Avropa çempionu kimi dünya çempionatında da uğurlu seriyasını davam etdirməyə çalışacaq.
Digər yarımfinalda son dünya çempionu Argentina İngiltərə ilə üz-üzə gələcək. Lionel Messi ilk dəfə dünya çempionatında İngiltərəyə qarşı oynayacaq. İngiltərə isə 1966-cı ildən bəri ilk dəfə dünya çempionatının finalına yüksəlmək arzusundadır.
Futbolsevərlər yarımfinal oyunlarında Mbappe–Yamal və Messi–Bellinqem kimi ulduzların qarşıdurmasını izləyəcəklər.

